Giriş
 
  • 22:17 – SON DƏQİQƏ! : erməni əsgər öldürüldü 
  • 00:00 – SON DƏQİQƏ! - Yüksək vəzifəli MƏMUR dünyasını dəyişdi 
  • 15:54 – Son Dəqiqə! : Azərbaycanda eşidənləri QORXUYA SALAN hadisə ilə bağlı elə xəbər yayıldı ki.. 
  • 11:23 – SON DƏQİQƏ! Azərbaycanda bu cərimə 4 dəfə artırılır - kimisinə görə şad xəbərdir 

Gələcəyin “ağıllı” otelləri – Müştərilərə yuxu seçmək imkanı veriləcək

Gələcəyin “ağıllı” otelləri – Müştərilərə yuxu seçmək imkanı veriləcək


İllər sonra otellərə addım atdığınızda tamamilə fərqli xüsusiyyət və qeyri-adi xidmət anlayışı ilə qarşılaşacaqsınız. Mütəxəssislər bununla bağlı bəzi ipucularını veriblər.

İlk olaraq müştərilərin ixtiyarına robot köməkçilər veriləcək. Dilinizdə danışacaq, ağlınızda olan bütün suallara cavab verə biləcək bu robotlar sizi hava limanında qarşılayacaq, oteldə bütün işlərinizdə köməyinizə gələcək, hətta istədiyiniz təqdirdə dostluq dəstəyi belə verəcəklər.

Bir başqa özəllik isə otel otaqlarının bir neçə dəqiqəyə istədiyiniz tərzdə dizayn edilə bilməsidir. Məsələn xəyalınızdakı və ya secdiyiniz bir filmdəki mühiti otel otağınızda görə biləcəksiniz.

Yuxu seçimi...Qəribə səslənsə də otel müştəriləri bu xidmətdən də istifadə edə biləcəklər. Yəni texnologiyanın köməyi ilə otellər müştərilərinə onların istədiyi yuxunu görmələrinə şərait yaradacaq. İstəyinizə uyğun olaraq yuxuda kosmosa səyahət edə, romantik bir mühitdə əyləşib dincələ də biləcəksiniz.

Bunlar da son deyil. Ən maraqlısı budur ki, gələcəkdə otel restoranlarında sizin DNT analizinizin nəticələrinə uyğun olaraq damaq dadınıza uyğun, ən çox sevdiyiniz yeməklər təklif olunacaq. Hətta analizlərə uyğun olarq sizin üçün özəl pəhriz və bəslənmə menyusu hazırlanacaq.


Azər Səda ft Sərxan Əkbər - Həsrət 2017
Şərh yaz
Loading...
Oxşar Xəbərlər:
Köşə Yazıları
  • Çox Oxunanlar
  • Şərhlər
Facebookda Biz
Рейтинг@Mail.ru Yandex.Metrica