Giriş
 
  • 21:09 – Ali məktəblərə qəbul imtahanının keçid balları açıqlandı 
  • 10:48 – Azərbaycanda maaşlar belə veriləcək - “Aprelin 1-dən…” 
  • 10:22 – Saatların bəzi mobil qurğularda 1 saat irəli çəkilməsi çaşqınlıq yaradıb 
  • 00:00 – Putindən inanılmaz gediş : Qarabağ qaytarılır 

SON DƏQİQƏ! Hökumət bahalaşma qərarı verdi: bu gündən qiymətlər qalxır

SON DƏQİQƏ! Hökumət bahalaşma qərarı verdi: bu gündən qiymətlər qalxır

Bu gündən Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərlə bağlı qərar qüvvəyə minir.

Yeni gömrük idxal rüsumları iki il müddətində qüvvədə olacaq. Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Təbii ki, rüsumların artması sözügedən malların avtomatik bahalaşması deməkdir. Hökumət rüsumları artırmaqla guya daxili bazarı xarici rəqabətdən qorumaq istəyir. Hər halda hökumətin iqtisadi texnoloqları bu arqumentə üstünlük verirlər. Ancaq məsələnin mahiyyəti budur ki, sözügedən məhsulların yerli istehsalı hələ daxili tələbatı ödəmək gücündə deyil və istənilən halda idxal indiki səviyyəsini saxlayacaq.

Deməli, hökumət rüsumları artırmaqla gömrük daxilolmalarını artımaq, büdcəyə əlavə vəsait cəlb etmək niyyəti güdür. Neft gəlirlərinin azalması və özəl sektorda iş yerlərinin qapadılması büdcənin gəlir qaynaqlarının dairəsini əhəmiyyətli şəkildə azaldıb. İndi hökumət 2 variant arasında seçim etməlidir. Ya dövlət xərclərinin kəskin azaltmaqla liberal islahatlara getməli, büdcənin gəlir qaynaqlarını artırmaq üçün yeni iş yerlərinin açılmasını stimullaşdırmalıdır, ya da indiki konservativ iqtisadi siyasətini saxlayıb, vergi və rüsumları qaldırmaq və enerji daşıyıcılarını bahalaşdırmaqla büdcəni doldurmağa çalışmalıdır.

Nazirlər Kabinetinin qərarı göstərdi ki, hökumət ikinci yolu seçib və liberal islahatlara başlamağa tələsmir. Ancaq ikinci yol əhalinin sosial vəziyyətinin daha da pisləşməsinə və alıcılıq qabiliyyətinin sıfıra enməsinə, yoxsulluq və işsizliyin miqyasının daha da artmasına gətirib çıxaracaq. Əhalinin alıcılıq qabiliyyətinin ölməsi özəl sektorun da son nəticədə çökməsinə səbəb olacaq. Bazarın bütün seqmentlərində alıcıları sayı kəskin azalacaq. Bu da müəssisələrin gəlirlərinin azalmasına və son nəticədə büdcə ödəmələrinin azalmasına gətirib çıxaracaq. Sonda şıxış yolu yenidən liberal islahatlara getmək olacaq. Ancaq təəssüf ki, hökumət hələ ki, islahatlar barədə yox, əhalinin cibi hesabına büdcəni doldurmaq haqda düşünür.
Şərh yaz
Köşə Yazıları
Facebookda Biz
Рейтинг@Mail.ru