Giriş
 
  • 10:08 – SON DƏQİQƏ : "Qafqaz" universitetinin 6 min diplomu tanınmayacaq 
  • 12:55 – SON DƏQİQƏ : Cəbhədə vəziyyət gərginləşdi - Ermənilər "Şmel" odsaçandan hücuma keçdi - FOTOLAR 
  • 22:43 – Ermənilər şəhidimizin fotosunu paylaşdı – Azərbaycandan reaksiya 
  • 11:20 – SON DƏQİQƏ! : Türkiyədə daha bir terror: Ölən və yaralılar var – Video (Yenilənib) 

Ermənilər şəhidimizin fotosunu paylaşdı – Azərbaycandan reaksiya

Ermənilər şəhidimizin fotosunu paylaşdı – Azərbaycandan reaksiya


Azərbaycan Müdafiə Nazirliyi ermənilər tərəfindən sosial şəbəkələrdə Azərbaycan əsgərinin cəsədinin fotolarının yayılmasına münasibət bildirib.

SeyyarTv.az-ın moderator.az-a istinadən məlumatına görə, nazirlik bildirir ki, erməni tərəfi əvvəlcə cəsədin onlarda olmadığını bildirsə də, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər və əldə edilən təkzibolunmaz dəlillər qarşısında məcbur qalaraq əsgərimizin meyitinin fotolarını sosial şəbəkə vasitəsilə yayıb:
“Təxribatın qarşısını alarkən həlak olan və düşmən nəzarətindəki ərazidə qalan əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikə rəsmi qaydada müraciət edilib.


Ermənilər şəhidimizin fotosunu paylaşdı – Azərbaycandan reaksiya


Təəssüflər olsun ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq qurumların nümayəndələrini aldadaraq bu hadisədən yenidən öz çirkin əməlləri üçün istifadə etməklə Azərbaycan xalqına qarşı qeyri-insani simasını nümayiş etdirir.
Hazırda müvafiq qurumlarla birgə hərbi qulluqçumuzun cəsədinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir”.
Şərh yaz
Köşə Yazıları
Facebookda Biz
Рейтинг@Mail.ru