Giriş
 
  • 22:31 – SON DƏQİQƏ: "APPLE"DAN YENİ İPHONE 8 BOMBASI - FOTOLAR 
  • 22:53 – DİQQƏT: İCRA BAŞÇISININ MÜAVİNİ İŞDƏN QOVULDU - ŞOK SƏBƏB 
  • 22:31 – Ordumuz 30 min şəxsi heyət, 250-dən çox tank və zirehli texnika ilə... 
  • 21:16 – Milyardlarla insanın ölümünə səbəb olacaq - DƏHŞƏTLİ PROQNOZ 

TUMİB üzvləri Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüblər

TUMİB üzvləri Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüblər

"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) üzvləri bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüblər.

Türkiyənin Bakıdakı səfirliyində baş tutan görüşdə TUMİB sədri Çingiz Bayramov, qurumun İdarə Heyətinin üzvləri Seymur Verdizadə, Cabir Dövlətzadə və NTK üzvü Cəlal İbrahimli iştirak ediblər.

SeyyarTv.az xəbər verir ki, səfir Erkan Özoral iyulun 15-də Türkiyədə baş vermiş çevriliş cəhdindən sonra qardaş ölkədə yaranmış ictimai-siyasi vəziyyət barədə məlumat verib. Qeyd edib ki, türk millətinin müdrikliyi və cəsarəti sayəsində Türkiyənin xaosa sürüklənməsnin qarşısını almaq mümkün olub. Türkiyəli diplomat qardaş Azərbaycan xalqının ən çətin məqamda Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirməsindən məmnun qaldıqlarını bildirib. TUMİB sədri Çingiz Bayramov səmimi qəbul üçün səfir Erkan Özorala təşəkkür edib. O, Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə türk millətini təbrik edib. Ç.Bayramov deyib ki, Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı gənclər həmişə iki ölkə arasında körpü rolu oynayıblar. TUMİB sədri rəhbərlik etdiyi qurumun üzvlərinin Türk Dünyasının əvəzsiz liderləri Mustafa Kemal Atatürk və Heydər Əliyev ideyalarına daim sadiq qaldıqlarını, iki ölkə arasındakı əlaqələrin inkişafına və güclənməsinə layiqli töhfə verdiklərini bildirib. Ç.Bayramov Türkiyə Cümhurbaşqanı Rəcəb Teyyub Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin birgə səyli nəticəsində iki dövlət arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Görüşdə FETO terror təşkilatının fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb. Ç.Bayramov FETO üzvlərinin Türkiyə-Azərbaycan münasibətlərini zədələməyə çalışmasından, Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının və müstəqil mətbuatın bu təxribatın qarşısını almaq üçün göstərdiyi səylərdən danışıb. O, TUMİB-in Azərbaycandakı fətoçuların ifşası istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcəklərini bildirib. Görüş başa çatandan sonra səfir Erkan Özoral TUMİB üzvlərilə xatirə şəkli çəkdirib.
Şərh yaz
Köşə Yazıları
Facebookda Biz
Рейтинг@Mail.ru