Giriş
 
  • 10:08 – SON DƏQİQƏ : "Qafqaz" universitetinin 6 min diplomu tanınmayacaq 
  • 12:55 – SON DƏQİQƏ : Cəbhədə vəziyyət gərginləşdi - Ermənilər "Şmel" odsaçandan hücuma keçdi - FOTOLAR 
  • 22:43 – Ermənilər şəhidimizin fotosunu paylaşdı – Azərbaycandan reaksiya 
  • 11:20 – SON DƏQİQƏ! : Türkiyədə daha bir terror: Ölən və yaralılar var – Video (Yenilənib) 

Əməkdar artist: "Qızımı ona verirəm, üstəlik ev də..." - FOTO

Əməkdar artist: "Qızımı ona verirəm, üstəlik ev də..." - FOTO

Ötən gün Xəzər TV-də yayımlanan ən reytinqli "5 də 5" verilişi qonaqlı-qaralı olub.

SeyyarTv.az xəbər verir ki, tanınmış aparıcı Zaur Kamalın təqdimatında yayımlanan proqramın qonaqları xalq artisti Ağadadaş Ağayev və əməkdar artist Mətanət İsgəndərli olub.

Mətanət xanım, Zaurun verilişinə hər zaman sevə-sevə gəldiyini bildirib:

"Yağış, boran, qar da olsa Zaur çağıran kimi gəlirəm. Çünki əgər səni sevən insan çağırırsa, ora mütləq getməlisən".

Müğənninin sözlərinə müdaxilə edən Zaur, "Kaş qayınanam olardın. Heyif ki, gecdir",-deyə söyləyib.

Mətanət İsgəndərli isə "Zaur həmişə bu sözü mənə deyir. Kaş üç qızım olardı, birini sənə verərdim. Pərvanə kimi başına fırlanardım"-, deyə cavab verib.

"Kürəkəniniz olsaydım, mənə ev, maşın alardınız?" sualını verən Zaur, elə özü də "Kül onda mənim kişi başıma", cavabını verib.

Müğənni də həmçinin, kürəkənə avtomobil, ev alan qayınanaları bəyənmədiyini vurğulayıb:

"Mən nə ev alaram, nə də maşın. Qızımı ona verirəm, üstəlik ev də verməliyəm?! Mən heç vaxt elə etmərəm. Sonra həmin kürəkən, nə qayınanasına hörmət qoyar, nə də ailəsinin qədrini bilər. İnsan öz zəhməti ilə hər şeyə nail olanda, qədrini bilir".
Əməkdar artist: "Qızımı ona verirəm, üstəlik ev də..." - FOTO
loading...
Şərh yaz
Köşə Yazıları
Facebookda Biz
Рейтинг@Mail.ru