Giriş
 
  • 21:09 – Ali məktəblərə qəbul imtahanının keçid balları açıqlandı 
  • 10:48 – Azərbaycanda maaşlar belə veriləcək - “Aprelin 1-dən…” 
  • 10:22 – Saatların bəzi mobil qurğularda 1 saat irəli çəkilməsi çaşqınlıq yaradıb 
  • 00:00 – Putindən inanılmaz gediş : Qarabağ qaytarılır 

Röya və Hadisə Bakı Olimpiya Stadionunda konsert verəcək

Röya və Hadisə Bakı Olimpiya Stadionunda konsert verəcək

Bakı Olimpiya Stadionunun (BOS) təşkilatçılığı ilə dekabrın 31-də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

BOS-un mətbuat xidmətindən verilən məlumata görə, konsert proqramında yerli ulduzlar Röya və Miri Yusiflə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur dj-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər. Stadionun əsas meydançada təşkil olunan konsert proqramı Yeni ilə geriyə-sayım, bayram salütu və diskoteka ilə davam olunacaq. Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.

Biletlərin satışı gələn həftə başlayır, biletlərin qiyməti 9 manatdan başlayır. Biletləri iticket.az saytı vasitəsilə və şəhərin kassalarında və ASAN Xidmət mərkəzlərindən əldə etmək olar. Konsert proqramının başlanması 20:00 üçün nəzərdə tutulub. Konsertlə bağlı hər-hansı əlavə məlumat Bakı Olimpiya Stadionunun saytından və sosial şəbəkələrin rəsmi səhifələrdən əldə etmək olar.
Şərh yaz
Köşə Yazıları
Facebookda Biz
Рейтинг@Mail.ru