Giriş
 
  • 10:08 – SON DƏQİQƏ : "Qafqaz" universitetinin 6 min diplomu tanınmayacaq 
  • 12:55 – SON DƏQİQƏ : Cəbhədə vəziyyət gərginləşdi - Ermənilər "Şmel" odsaçandan hücuma keçdi - FOTOLAR 
  • 22:43 – Ermənilər şəhidimizin fotosunu paylaşdı – Azərbaycandan reaksiya 
  • 11:20 – SON DƏQİQƏ! : Türkiyədə daha bir terror: Ölən və yaralılar var – Video (Yenilənib) 

Bakıda Şok : Sevgilisini xəyanətə görə zorlayıb videoya çəkdi

O, zorla sevgilisini avtomaşının arxa oturacağına əyləşdirib...

Bakıda Şok : Sevgilisini xəyanətə görə zorlayıb videoya çəkdi


Zorlama və digər ağır cinayətlərdə ittiham olunan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Leysan Səmədli və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Leysan Səmədli 3 iyul 2013-cü il tarixdə intim münasibətlərdə olduğu tanışı Əsmər Verdiyevanın N. Baxışzadə ilə görüşdüyünü öyrənib.

Bununla bağlı Leysan Səmədli Əsmər Verdiyevanı Baxışzadə ilə üzləşdirmək və bu hərəkətinə görə qisas almaq üçün qabaqcadan razılaşmaqla əlbir olduğu dostu Səbuhi Əsədovla birlikdə razılığa gəliblər.

Onlar Əsmər Verdiyevanı oğurlayaraq, əzab vermək, seksual xarakterli zorakı hərəkətlər etmək və zorlamaq məqsədilə, Ceyhun Həsənovun idarə etdiyi "Kia Cerato" markalı avtomaşınla Səbuhi Əsədov ilə birlikdə Xətai rayonu, NZS qəsəbəsi, Oqtay Vəliyev küçəsi, 39-da yerləşən "Gəncə" marketin yanına gəliblər.

Onlar orada Baxışzadə və onun tanışı R.Əliyevlə görüşüblər. Daha sonra Leysan Səmədli Baxışzadənin onları orada gözləməsini təklif edib.

Bundan sonra Leysan Səmədli həmin avtomobillə Əsmər Verdiyevanın yaşadığı NZS qəsəbəsi, A.Qurban küçəsindəki evinin yaxınlığına gəlib. O, Əsmər Verdiyevanın körpə uşağına doğum haqqında şəhadətnamə alması üçün onun evinə sürücü göndərdiyini deyib.

Bu adla Leysan Səmədli Əsməri aldadaraq evdən çağırıb. Əsmər Verdiyeva avtomaşına yaxınlaşdıqda Leysan onu zorla avtomaşının arxa oturacağına əyləşdirib, ilə ağzını qapayıb, baş nahiyəsinə zərbələr vuraraq döyüb.

Bundan sonra Leysan Səmədli onu "Gəncə" marketin yanına gətirib. Orada gözləyən Səbuhi Əsədov qabaq oturacaqda, Baxışzadə və R. Əliyev isə arxada əyləşib. Avtomobil bir qədər hərəkət etdikdən sonra Baxışzadə və R. Əliyev yolda düşüb.

Sonra avtomobildə Leysan Səmədli Əsmər Verdiyevanı döyməkdə davam edib və Səbuhi Əsədovla birlikdə Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllə, 43 saylı evə gətiriblər. Orada gecə saat 02 radələrindən gündüz saat 16 radələrinədək saxlayıblar.

Leysan Səmədli orada Əsməri kişilərlə görüşdüyünə görə mütəmadi olaraq döyüb. Bu hərəkətləri ilə ona çoxsaylı bədən xəsarətləri yetirib.

Daha sonra o, Əsmərə işgəncə verməkdə davam edib. O, qadını yuxudan məhrum edib, yəni yatmasına imkan verməyib, həmçinin oturub-durmağa və qapını açıb-örtməyə məcbur edib, ağır sözlərlə söyərək onu təhqir dib.

Daha sonra Leysan Səmədli özünün alt tumanını Əsmər Verdiyevanın başına keçirib və onu ələ salıb, həmin hərəkətləri videoyazıya alıb. O, həmin videoyazını yayacağı ilə Əsmər Verdiyevanı hədələyib.

Təxminən saat 7 radələrində o, Əsmər Verdiyevanı təkrar döyərək halsız vəziyyətə salıb. Əsmər Verdiyevanın etirazına və müqavimətinə baxmayaraq, ona qarşı fiziki zor tətbiq edib, yenidən döyməklə onu hədələyib.

Leysan Səmədli işgəncə verməklə cinsiyyət orqanını Əsmər Verdiyevanın bədəninin müxtəlif nahiyələrinə sürtərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Bundan sonra Leysan Səmədli ona qarşı eyni hərəkətlərlə zor tətbiq etməklə onunla cinsi əlaqədə olub.
Əsmər Verdiyeva iki gün həmin evdə saxlanılıb və ona qarşı davamlı olaraq işgəncə verilib, seksual xarakterli hərəkətlər edilib.

İki gündən sonra azad olunan Əsmər Verdiyeva baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müraciəti əsasında Leysan Səmədli və onun dəstəsinin üzvləri həbs edilib.

Leysan Səmədli Cinayət Məcəlləsinin 133.2.1-ci (ki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə işgəncə vermə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən işgəncə vermə), 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla Seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə, Səbuhi Əsədov və Ceyhun Həsənov isə Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 144.2.3-cü maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leysan Səmədli 10 il, digər təqsirləndirilən şəxslərin isə hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslərin şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim heyəti təqsirləndirilən şəxslərin şikayətini təmin etməyib.

Bundan sonra Leysan Səmədli kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Leysan Səmədlinin kasasiya şikayəti təmin edilməyib.


Azər Səda ft Sərxan Əkbər - Həsrət 2017
loading...
Şərh yaz
Köşə Yazıları
Facebookda Biz
Рейтинг@Mail.ru