Giriş
 
  • 15:54 – Son Dəqiqə! : Azərbaycanda eşidənləri QORXUYA SALAN hadisə ilə bağlı elə xəbər yayıldı ki.. 
  • 22:25 – Azərbaycanda bu şəxslərə şad xəbər - Pul veriləcək - SƏRƏNCAM 
  • 20:51 – SON DƏQİQƏ! Prezident sərəncam imzaladı 
  • 21:28 – SON DƏQİQƏ: ABŞ PREZİDENTİNDƏN DÜNYANI SİLKƏLƏYƏCƏK ADDIM 

Bakıya leysan yağış və şaxtalı hava gəlir - XƏBƏRDARLIQ!

Bakıya leysan yağış və şaxtalı hava gəlir - XƏBƏRDARLIQ!

Noyabrın 01-dən 03-dək Bakıda hava şəraiti qeyri-sabit keçəcəcək
Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, gecə bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Xəbərdarlıq!

Noyabrın 01-dən 03-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.

Azərbaycanın rayonlarında isə sabah arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

Rayonlarla bağlı xəbərdarlıq!

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti noyabrın 03-dək davam edəcək. Arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Şərh yaz
Köşə Yazıları
Facebookda Biz
Рейтинг@Mail.ru