Giriş
 
  • 15:54 – Son Dəqiqə! : Azərbaycanda eşidənləri QORXUYA SALAN hadisə ilə bağlı elə xəbər yayıldı ki.. 
  • 22:25 – Azərbaycanda bu şəxslərə şad xəbər - Pul veriləcək - SƏRƏNCAM 
  • 20:51 – SON DƏQİQƏ! Prezident sərəncam imzaladı 
  • 21:28 – SON DƏQİQƏ: ABŞ PREZİDENTİNDƏN DÜNYANI SİLKƏLƏYƏCƏK ADDIM 

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı


Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək.

Gündüz mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə az yağış, sulu qar, qar yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 6-11° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Səhər bəzi yerlərdə duman, axşam isə yağıntı olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin müşahidə ediləcək. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz hava müşahidə ediləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman müşahidə olunacaq. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 10-14° isti, dağlarda gecə 0-3° isti, gündüz 7-12° isti olacağı gözlənilir.


Azər Səda ft Sərxan Əkbər - Həsrət 2017
Şərh yaz
Köşə Yazıları
Facebookda Biz
Рейтинг@Mail.ru