Giriş
 
  • 10:08 – SON DƏQİQƏ : "Qafqaz" universitetinin 6 min diplomu tanınmayacaq 
  • 12:55 – SON DƏQİQƏ : Cəbhədə vəziyyət gərginləşdi - Ermənilər "Şmel" odsaçandan hücuma keçdi - FOTOLAR 
  • 22:43 – Ermənilər şəhidimizin fotosunu paylaşdı – Azərbaycandan reaksiya 
  • 11:20 – SON DƏQİQƏ! : Türkiyədə daha bir terror: Ölən və yaralılar var – Video (Yenilənib) 

4 Noyabr Üçün Olan Bürclər

4 Noyabr Üçün Olan Bürclər

QOÇ - Ulduzlar xəbər verir ki, ötən günlərdə bir neçə səhv qərar çıxarmısınız. Bu səbəbdən də çətinlikləriniz artıb. İxtiyarınızda olan bu günü həmin səhvləri aradan qaldırmağa yönəltməlisiniz.

BUĞA - Deyəsən iqlimin şıltaqlığı səhhətinizi zəiflətmək fikrindədir. "Hakim" olan Əqrəb sizin bürcə müxalif olsa da, məğlub olmaq sizə yaraşmaz. Qonaq getmək düşərli olsa da, başqa ünvanda gecələməyin.

ƏKİZLƏR - Hər bir ixtiyar öz əlinizdədir. Bu təqvimin axarı və nəticəsi atacağınız addımlardan asılı olacaq. Ulduzlar ağır işlərdən kənarlaşmağı məsləhət görür. Səfərə də çıxmaq olar.

XƏRÇƏNG - Ötən günlərlə müqayisədə rahatlığınız bir qədər artacaq. Müsahiblərinizlə maraqlı olmayan mövzulardan bəhs etməyin. Yeni əlaqələr yaratmaq fikrinizdə qətiyyətli olun.

ŞİR - Qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi işlərə girişmək yolverilməzdir. Yaxşı olar ki, bu ərəfədə yalnız daxili sabitliyinizi qoruyasınız. Xətakar olmayın.

QIZ - Daxili orqanlarınızda nasazlıq əmələ gələ bilər. Bu amili nəzərə alıb geyiminizə və qidanıza fikir verin. Qonaq getdiyiniz təqdirdə soyuq və spirtli içkilərdən uzaq olun.

TƏRƏZİ - Bu arada uzaq səfərə çıxmasanız, hansısa problemlə rastlaşmayacaqsınız. Çalışın ki, ürəyiniz istəyən adamların arasında olasınız. Sübuta yetirilməmiş səhvlərə görə kimisə qınamayın.

ƏQRƏB - Günün ilk yarısında bir qədər xoşagəlməz situasiyalarla rastlaşa bilərsiniz. Özünüzü təmkinli aparın. Sonrakı saatlarda sevdiyiniz adamların əhatəsində olun. Elektriklə ehtiyatlı davranın.

OXATAN - Maddi problemləriniz olsa da, astroloji göstəricilər bunun qanqaraçılığa səbəb olmayacağını vurğulayır. Əksinə, çoxdan görmədiyiniz yaxınlarınızla əlaqə yaradıb rahatlanacaqsınız.

OĞLAQ - Bütün diqqətinizi istirahətə yönəltsəniz, daha xoş ovqat qazana bilərsiniz. Çünki bu təqvimdə fəaliyyətə ara verməyiniz, əvəzində qonaqlıq və səfərə getməyiniz məsləhət görülür.

SUTÖKƏN - Saat 12-yə qədərki vaxtı gərginlik içərisində başa vura bilərsiniz. İnsanlar müxtəlif xislətli olduqlarından təmkininizi artırmalısınız. Sonra isə proseslər xeyrinizə cərəyan edəcək.

BALIQLAR - İxtiyarınızda olan bu gündə ovqatınızın yüksək olacağına şübhə etməməlisiniz. Romantik görüş və qonaqlıqlar yolunuzu gözləyir. Axşama yaxın mövcud problemlərinizin həlli üçün dəstək alacaqsınız.
loading...
Şərh yaz
Köşə Yazıları
Facebookda Biz
Рейтинг@Mail.ru