Giriş
 
  • 22:25 – Azərbaycanda bu şəxslərə şad xəbər - Pul veriləcək - SƏRƏNCAM 
  • 21:28 – SON DƏQİQƏ: ABŞ PREZİDENTİNDƏN DÜNYANI SİLKƏLƏYƏCƏK ADDIM 
  • 22:13 – Beş dövlət arasında bölünəcək, Moskva 4 vilayəti götürəcək... - Rusiyadan ŞOK PLAN 
  • 20:54 – Havada baş verənlər – Stüardessanın ŞOK ETİRAFLARI: “Bir neçə pilotla…” – FOTOLAR 

GÖZÜNÜZ AYDIN! Əhaliyə işıq pulu ilə bağlı ŞAD XƏBƏR

Elektrik enerjisindən istifadənin bahalaşması

GÖZÜNÜZ AYDIN! Əhaliyə işıq pulu ilə bağlı ŞAD XƏBƏR


Elektrik enerjisindən istifadənin bahalaşması günəş panellərindən istifadəni gündəmə gətirib. Məsələn, Hindistanda hər bir ev günəş enerjisini istehsal edən avadanlıqla təchiz olunub. Azərbaycanda isə ildə ən azı 300 günəşli gün olduğu halda, ekoloji enerji mənbəyindən istifadə edənləri barmaqla saymaq olar. Səbəb nədir? Publika.az bu sualın cavabını araşdırıb.

Günəş enerjisi nədir?

Başınızı ağrıtmadan diqqətinizə çatdırmaq istəyirəm ki, yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olar. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılı olmasıdır. Hazırda dünyanın 70-ə yaхın dövlətində (ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100 MVt, Türkiyədə 50 MVt və b.) günəş elektrik stansiyaları fəaliyyət göstərir və yaхın gələcəkdə onların istehsal gücünün artırılması üçün perspektiv layihələr hazırlanır. Günəş stansiyalarının əsas işçi elementinin (fotoelement) istehsalı üçün yüksək səmərəliliyə malik teхnologiyalar yaradılıb. Bunlar ABŞ, Almaniya, Yaponiya və Çində istehsal edilir.

Azərbaycan da 2012-ci ilin aprelində günəş panellərinin istehsalı ilə məşğul olan Günəş Modulları Zavodu inşa edilib. Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış zavod 30 mVt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir. Zavod istehsal etdiyi modullara 25 il zəmanət verir. Bəs bu panelləri alan varmı?

Nəzərə çatdıraq ki, bir müddət əvvəl Bank VTB" (Azərbaycan) günəş panellərini almaq istəyənlərə kredit verəcəyini açıqlamışdı. Hətta bankın sədri Yuri Yakovlev bildirmişdi ki, layihə Enerji Nazirliyi ilə də müzakirə olunur. Maraq doğursa və ölkənin müvafiq strukturları onu dəstəkləsə, Azərbaycanda günəş panellərinin kreditlə satışına başlanacaq. Maraqlıdır zəlzələdənmi-vəlvələdənmi bu kredit xətti baş tutmadı.

O ki qaldı panellərin satışına, Günəş Modulları Zavodundan aldığımız məlumata görə, panelləri alanlar var. Sadəcə say məhduddur. Qiymətlərə gəlincə, öyrəndik ki, bir günəş panelinin dəyəri 550 manatdır:

"60 hücrəli günəş modullarının gücü 250-255 vatt arasında dəyişir. Bir evin günəş enerjisini istehsal edən avadanlıqla təhciz olunması evin enerji işlətmə gücündən asılıdır. Yəni vətəndaş buna müvafiq olaraq, bir neçə günəş paneli ala bilər".

Onu da bildirək ki, texniki qurğuların quraşdırılması əlavə xərclər kimi hesablanır. Bu avadanlıqlar da xaricdən gətirildiyindən dolların bahalaşmasi ilə əlaqədar qiymətləri qalxıb.

Panellərin keyfiyyətini də soruşduq. Zavodun təmsilçisi bildirdi ki, "Azguntex" texnologiyasi 60 hücrəli multi kristallik modullar istehsal edir və bu Günəş panellərin hazırlanmasında 14 xammaldan istifadə olunur: "Şüsə, EVA (etilen-vinil-asetat), hücrə, flüs, astar vərəqi, lehimləmə naqili, 5 mm və 2 mm endə yastı naqillər, çərçivə, skotç, elektrik qutusu, silikon, yapışqan lent, və künclük".
Türkiyədə daha ucuzdur

Məlum oldu ki, bir günəş paneli 1 kVsaat enerji istehsal edir. Azərbaycanda isə nəzərə alsaq ki, bir ev gündə ortalama 8-10 kVsaat enerji sərf edir, azı 5 ədəd 250 vattlıq günəş paneli lazımdır. Bunun da dəyəri ən kobud hesablamalarla 2750 manat edir. Bura quraşdırılma üçün tələb edilən texniki avadanlıqları da əlavə etsək, evin enerji ehtiyacının günəş paneli ilə ödənilməsinin xərci təxminən 10 min manata çatır.

Qonşu Türkiyə ilə müqayisə apardıq. Məlum oldu ki, evə elektrik naqilinin çəkilməsi 20 min tl xərc tələb edirsə, həmin evin günəş enerjisi ilə təmin olunması 7000 tl-yə başa gəlir. Belə ki, bu ölkədə 250 vattlıq günəş panelinin qiyməti ƏDV daxil 937 tl-dir. Quraşdırılma üçün tələb olunan texniki avadanlıqlara gəldikdə, hər birinin fərqli qiymətləri mövcuddur. Bunlar o qədər də baha deyil. Rusiyada da günəş paneli, texniki avadanlıqları ilə birgə - şarj nizamlayıcısı, inverter, batareya daxil 48 min rubl təşkil edir. Bu da manat ekvivalentində 1267 manat deməkdir.

Günəş enerjisindən istifadə etməklə vətəndaş işığa, dövlət qaza qənaət edəcək

Hesablamalara əsasən, əhali abonentlərinin 72 faizinin aylıq enerji istehlakının həcmi 250 kilovat-enerjidir. Hazırkı tariflərlə bu, aylıq 17,5 manat deməkdir. 12 aya vurduqda isə illik 210 manat edir. Evinizi inşa edərkən 10 min manat xərc çəkib günəş paneli quraşdırmaqla elektrik enerjisinə 5 ildə (210 x 60 ay = 12 600) ödəyəcəyiniz məbləğdən 2600 manat az xərc çəkəcəksiniz.

Məsələnin başqa tərəfi daha keyfiyyətli elektrik enerjisi almaqdır. Belə ki, mütəxəssislər deyir ki, Azərbaycanda hər km2-ə düşən günəş enerjisinin miqdarı 1500-2000 kVt/s təşkil edir:

"Günəş enerjisindən istifadə etməklə alınan istilik enerjisinin həcmi elektrik enerjisi ekvivalentində kifayət dərəcədə yüksəkdir. Misal üçün, bu göstərici ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100 MVt, Türkiyədə 50 MVt səviyyəsindədir. Hazırda Azərbaycanda tikilən Günəş elektrik stansiyalarının ümumi qoyuluş gücü 10 MVt-dır. İndiyə qədər mövcud bütün günəş elektrik stansiyalarından 170 gün ərzində 1 mln. KVt elektrik enerjisi istehsal olunub".

Günəş panellərindən istifadə dövlətin bir kilovat-saat elektrik enerjisinin istehsalına çəkdiyi xərcləri də azalda bilər. Bu gün bir kilovat-saat elektrik enerjisinin istehsalında 0,3 kubmetr qaz istifadə olunur. Bu elektrik enerjisi günəşin, küləyin və digər bərpa olunan enerji mənbələrinin hesabına əldə edilsə, hər kilovat saata görə, 0,3 kubmetr qaza qənaət edilmiş olar. / SeyyarTv.az


Azər Səda ft Sərxan Əkbər - Həsrət 2017
Şərh yaz
Köşə Yazıları
Facebookda Biz
Рейтинг@Mail.ru