Giriş
 
  • 21:09 – Ali məktəblərə qəbul imtahanının keçid balları açıqlandı 
  • 10:48 – Azərbaycanda maaşlar belə veriləcək - “Aprelin 1-dən…” 
  • 10:22 – Saatların bəzi mobil qurğularda 1 saat irəli çəkilməsi çaşqınlıq yaradıb 
  • 00:00 – Putindən inanılmaz gediş : Qarabağ qaytarılır 

QANDONDURAN HADİSƏ: 3 qohumunu öldürdü, ətlərini bişirdi və... - FOTOLAR

Dəhşətli qətl hadisəsi baş verib

QANDONDURAN HADİSƏ: 3 qohumunu öldürdü, ətlərini bişirdi və... - FOTOLAR


Solomenski rayonunda çoxmərtəbəli binaların birində parçalanmış insan meyitləri aşkarlanıb. Paytaxt polisinin rəisi Andrey Krişenkonun sözlərinə görə, qatil meyitləri öldürdükdən sonra ətini kəsib və ət konservləri (qovyadina) kimi banklara yığıb.
"Biz evə gedəndə kisələrdə, banklarda və qazanlarda yığılmış cəsədlərin qalıqlarını gördük. Qatil öz qohumlarını öldürdükdən sonra onları qazanda bişirmişdi. Artıq bir neçə banka da bağlamışdı", - deyə polis bildirib.

SeyyarTv.az-ın Ukrayna mətbuatına istinadən yazdığına görə, qatil qonşuların şikayəti əsasında tapılıb. Belə ki, onlar polisə verdiyi izahatda evin üç sakinini uzun müddət görmədiklərini, həmçinin binanın girişində xoşagəlməz qoxular gəldiyini söyləyiblər.

Polislər hadisə yerinə gələndə içəri daxil ola bilməyib, çünki qapıda barrikada qurulub. Odur ki, polislər qapını güllə ataraq açmağa məcbur olub. Araşdırma zamanı müəyyən edilib ki, qətlə yetirilən şəxslər qatilin 68 yaşlı əmisi, onun 51 yaşlı arvadı və onların oğlu olub.
Polis rəisi onu da əlavə edib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: "Bu, bəlkə də qatilin vəhşicəsinə törətdiyi yeganə cinayət hadisəsi deyil. Digər qətllərin izləri hələ tapılmayıb. Bir neçə konservi tapmışıq. Orada nə olduğu hələlik məlum deyil. Bunun üçün onlar ekspertizaya göndərilib".
Vəhşi qatil haqqında məlumat çox azdır. Polisin məlumatına görə, qatil öz qohumlarından borc pul istəmək məqsədilə onların evinə gələn 29 yaşlı cavan oğlandır. O, uzun müddət işsiz olub. Bundan başqa, qatilin valideynləri ilə Kiyev vilayətində yaşadığı ortaya çıxıb. / publika


Azər Səda ft Sərxan Əkbər - Həsrət 2017
Şərh yaz
Köşə Yazıları
Facebookda Biz
Рейтинг@Mail.ru